×

Haqqımızda Tariflər/Kalkulyator Xidmətlərimiz Mağazalar Yeniliklər Əlaqə Daşınması qadağan olan məhsullar Suallar Şərtlər Gizlilik Siyasəti İstifadəçi razılaşması
0
Haqqımızda

“LinEx Express MMC” şirkəti 7 il logistika sahəsində fəaliyyət göstərən Türkiyə əsaslı şirkətdir. LinEx 2014-cü ildə İstanbul da Magistr təhsili alan və Bakı şəhərində bu işin qurulmasına ehtiyacın olduğunu anlayan iki Dost tərəfindən qurulmuşdur. İlk olaraq İstanbulda ev şəraitində bu işi görməyə başlayan bu iki Dost zamanla xidmətlərini genişləndirməyi hədəflədilər və buna nail olurlar. 2014-cü ilin sonlarında Azərbaycanlı əlavə bir ortağın qoşulması ilə yeni layihə işlərinə başlayan LinEx Express MMC 2015-ci ilin aprelindən başlayaraq Linex.Az saytı ilə Azərbaycanlı istifadəçilərə keyfiyyətli və güvənilir xidməti təklif edir. Müəyyən səbəblərdən xidmətin fəaliyyətində müvəqqəti dayanma olsada artıq 2018-ci ilin sonundan Tam şəkildə fəaliyyət bərpa olunur. Çatdırılma xidmətində olan geniş təcrübəsindən istifadə edərək Linex.Az sürətli və güvənilir kargo xidmətlərini birləşdirib, Sizi Türkiyə’yə daha yaxın edir. Bizimlə sifariş zamanı Siz Türkiyədən daşınan bağlamalarınızı yeni yaranmış və daha az təcrübəyə malik şirkətə deyil, Beynəlxalq yük daşıma sahəsində 7 illik tərcübəyə sahib şirkətə həvalə etmiş olursunuz.

 

“LinEx Express MMC” 2018-ci ildən etibarən fəaliyyət göstərən sürətli poçt şirkətidir. Şirkətimiz hal-hazırda Azal, SilkWay və Türk Hava Yolları kimi təcrübəli aviaşirkətlərlə əməkdaşlıq edərək Türkiyədən Fiziki şəxslərin və Korporativ yüklərin daşınmasını həyata keçirir. Şirkətimiz vasitəsi ilə daşınan və beynəlxalq yük daşıma qaydalarına əsasən qablaşdırılmış bütün bağlamalar “Ödənişsiz Sığorta” ilə sığortalanır.

Bəzən Türkiyə onlayn alış-veriş mağazaları bəzi məhsulun rəngini, ölçüsünü səhv göndərə bilər və ya məhsul qüsurlu ola bilər. Bu kimi halların qarşısını almaq və müştəri məmnuniyyətini hər zaman yüksək səviyyədə saxlamaq üçün, “Mənim üçün al xidməti” ilə edilən sifarişlərdə “Kontrol et” xidmətimiz mövcuddur. Əlavə olaraq müştəri məmnunluğu üçün yanlış gəlmiş bağlamalarda  “Geri Qaytarma” xidmətimizi Tam aktivdir.

 

Biz bütün Azərbaycan əhalisinin Türkiyədən onlayn alış-veriş etməsini və sifarişlərini sürətli şəkildə əldə etməsini təmin etmək üçün bağlamaları bütün Azərbaycana poçt vasitəsilə çatdırırıq.

 

Bizimlə siz həm də onlayn ödəniş qəbul etməyən, yalnız Türkiyədə “Kapıda Ödeme” tələb edən mağazalardan da alış-veriş edə bilərsiniz.

 

Şirkət adı: LinEx Express MMC
V
ÖEN: 1603384541

Əlaqə nömrəsi: +994506150599