×

Haqqımızda Tariflər/Kalkulyator Xidmətlərimiz Mağazalar Yeniliklər Əlaqə Daşınması qadağan olan məhsullar Suallar Şərtlər Gizlilik Siyasəti İstifadəçi razılaşması
0
Yeniliklər Trendyoldan neçə sifariş edim?
Paylaş

Trendyoldan neçə sifariş edim?

Gulnar 509

Hazırda Türkiyədən Azərbaycana sifariş dedikdə ilk ağıla gələn mağaza Trendyol onlayn alış-veriş saytıdır. Türkiyədən Azərbaycana edilən sifarişlərdə Trendyol saytı ilk sıradadır. Trendyol onlayn alış-veriş saytından öz bank kartınızla Azərbaycana sifariş etmək istəyirsinizsə, qeydiyyat prosesindən ödəniş prosesinə qədər olan bütün mərhələlərini bilməlisiniz. LinEx sizlər üçün “Trendyoldan Azərbaycana necə sifariş edim” rubrikasını təqdim edir. Bu rubrika daxilində Trendyol onlayn alış-veriş saytından Azərbaycana sifariş etmə qaydaları ilə tanış olacaqsınız.


1. Trendyol.com-da qeydiyyat
Trendyoldan Azərbaycana hər hansı məhsulu sifariş etmək üçün ilkin mərhələdə mağazanın rəsmi saytında, yəni trendyol.com onlayn alış-veriş saytında qeydiyyatdan keçməlisiniz. Bunun üçün trendyol.com-a daxil olaraq sağ yuxarı tərəfdə göstərilmiş ‘‘Giriş yap‘‘ bölməsindən ‘‘Üye ol‘‘ düyməsinə klikləyin. Açılan səhifədə e-mail ünvanınızı yazaraq saytın tələb etdiyi güvənlik qaydalarına uyğun şifrə təyin edin. Cinsinizi qeyd etdikdən sonra üzvlük şərtlərini qəbul edib ‘‘Trendyola üye olun‘‘ düyməsinə klik edin. Qeyd edək ki, Trendyoldan Azərbaycana sifariş etmək üçün qeydiyyatdan keçmək üçün “Facebook ile üye ol“ və ya “Google ile üye ol” seçimlərindən də istifadə edə bilərsiniz.


2. Qeydiyyat prosesini tamamladıqdan sonra Trendyoldan Azərbaycana sifarişlərinizə başlaya bilərsiniz. Sifariş etmək istədiyiniz məhsula daxil olaraq "Sepete ekle’’ düyməsinə klikləyin. Məhsul səbətə əlavə olunduqdan sonra Trendyolda ‘‘Sepetim‘‘ bölümünə daxil olaraq ‘‘Sepeti onayla‘‘ bölməsinə klikləyin. Açılan pəncərədə adınızı, soyadınızı, LinEx.az saytında ‘‘Xarici ünvanım‘‘ hissəsində sizin üçün qeyd edilmiş Türkiyəyə məxsus nömrəni və ünvan məlumatlarını daxil edin. Bütün xanaları doldurduqdan sonra ‘‘Kaydet‘‘ düyməsinə klik edin. Yazdığınız məlumatların doğruluğundan əmin olun, əks halda Trendyoldan Azərbaycana sifarişlərinizdə problem yaşana və göndərilməsi baş tutmaya bilər.

3. Növbəti pəncərədə ‘‘Ödeme seçenekleri‘‘ bölməsini doldurmalısınız. Bu bölmədə isə ödənişi həyata keçirəcəyiniz bank kartının məlumatlarını daxil edin. ‘‘Ödeme yap‘‘ yazısını klikləyərək ödəmə prosesini tamamlayın. Budur artıq məhsulunuz sifariş olundu və Türkiyə anbarımıza çatdıqdan sonra tezliklə Trendyoldan Azərbaycana sifarişinizin göndərişi baş tutacaq.     

Qeyd: Öz bank kartınızla Trendyoldan Azərbaycana sifariş etdiyiniz hər bir mağaza (Trendyolda teslimat no sayı) sayı qədər müvafiq LinEx.az saytında bəyannamə doldurmanız vacibdir! Əks halda anbarımıza daxil olan məhsulunuz göndərilməyəcək (gecikmə yaşanacaq) və bunun üçün Sizə cərimə yazılacaq. Sifarişdən dərhal sonra bəyan etmək vacibdir.

Eyni zamanda Türkiyə anbarımıza daxil olan bütün bağlamalarınız üçün Sizə sms bildiriş gəldikdən dərhal sonra “SmartCustoms”da bəyannamə doldurmalısınız(tövsiyyə edilir ki, e.customs.gov.az saytından bəyan daxil edilsin). Bəyannamə doldurulmadığı halda, məhsullarınızın göndərilməsi baş tutmayacaq.
LinEx.az saytında və “Smart Customs”-da bəyannamənin doldurulması ilə bağlı öyrədici videomuzu Youtube kanalımızdan izləyə bilərsiniz.

 

Trendyol.com özəllikləri
Türkiyədən Azərbaycana sifarişlərdə Trendyol onlayn alış-veriş saytının ilk sıralarda olma səbəbi təbii ki, yalnız endirimləri və bir çox məhsulu özündə cəmləməsi deyil. Trendyol öz müştərilərinə onlarla fərqli xüsusi xidmətlər təklif edərək onların məmnuniyyətini təmin etməyə çalışır.

Trendyol onlayn alış-veriş saytının özəllikləri nələrdir?

Trendyol saytının ən vacib özəlliklərindən biri odur ki, bir məhsulu yalnız bir satıcı deyil, bir neçə satıcı satışa çıxarır və beləliklə, siz məhsulun qiymət müqayisəsini rahatlıqla edə və ən sərfəli qiymətə əldə edə bilirsiniz.

Trendyol saytında yer alan rəy bölməsi alıcıların köməyinə çatan ən faydalı bölmələrdən biridir. Türkiyədən Trendyoldan sifariş etmək istədiyiniz məhsulun rəy bölməsini gözdən keçirərək məhsul haqqında alıcı fikirlərini oxuya və məhsul haqqında daha dolğun fikir formalaşdıra bilərsiniz.

“Trendyol Elite” proqramı Trendyol onlayn alış-veriş saytının öz müştərilərinə təqdim etdiyi loyallıq porqramlarından biridir. Trendyol Elite olmaq üçün son 3 ay ərzində Trendyoldan sifarişlərinizin sayı 30, toplam məbləği isə 3000 TL dəyərində olmalıdır. Bu şərtləri yerinə yetirdikdən sonra siz Trendyol onlayn alış-veriş saytının Trendyol Elite müştərisi olursunuz və bir çox özəlliklərdən yararlana bilirsiniz.

Trendyol Elite proqramının özəllikləri nələrdir?

Trendyol öz Elite müştərilərinə digərlərindən fərqli olaraq müxtəlif endirim kampaniyaları təqdim edir. Bununla yanaşı, Trendyol Elite müştəriləri 30 TL üzəri sifarişlərini Türkiyədaxili karqo ödənişi olmadan yerinə yetirirlər.

Beləliklə artıq həm asanlıqla, həm də bir çox özəlliklərindən xəbərdar formada Trendyoldan Azərbaycana sifarişlərinizi edə və çatdırılmasını LinEx.az-a həvalə edə bilərsiniz!