×

Haqqımızda Tariflər/Kalkulyator Xidmətlərimiz Mağazalar Yeniliklər Əlaqə Daşınması qadağan olan məhsullar Suallar Şərtlər Gizlilik Siyasəti İstifadəçi razılaşması
0
Yeniliklər Türkiyədən birbaşa Evinizə!
Paylaş

Türkiyədən birbaşa Evinizə!

Gulnar 460

Türkiyədən Azərbaycana poçtla.


Poçt xidmətindən necə istifadə etmək olar ? Ən çox marağa səbəb olan
mövzulardan biridir. Elektron ticarət göstəriciləri onlayn alış-veriş
mağazalarından istifadəsi intensivliyinin artdığını göstərir. Xaricdən
məhsulların sifarişinin və daşınmasının intensivliyi maddi cəhətdən sərfəli olması ilə əlaqədardır. Eyni zamanda onlayn alış-verişin rahatlığı, vaxta qənaət və çeşid bolluğu da onlayn ticarətin inkişafını sürətləndirən
səbəblərdəndir. Xaricdəki onlayn mağazalardan olunan alış-verişlərin
daşınmasını poçt şirkətləri həyata keçirə bildiyi üçün, alınan bütün məhsullar poçt vasitəsi ilə çatdırılacaq ölkəyə göndərilir.


Poçt göndərişlərini necə həyta keçirmək olar? Bağlamaların daşınması zamanı çətinliklərlə qarşılaşmamaq üçün nələrə diqqət etmək lazımdır? Bu kimi suallar ən çox verilən suallardır.
 
Onlayn səhifələrdən alış-veriş
Türkiyədən sifarişin ən böyük üstünlüyü ucuz və keyfiyyətli məhsulların daha rahat tapılmasıdır. Son zamanlar Trendyol ,
Morhipo , Hepsiburada , N11  kimi alış-veriş saytlarının il ərzində bir çox endirim kampanyalarının həyata keçirməsi də Türkiyədən alış-veriş etməyə cəlb edən səbəblərdəndir. LinEx vasitəsilə Türkiyə saytlarından sifariş üçün alış-veriş etdiyiniz onlayn mağazanın ünvan bölməsinə, LinEx saytında şəxsi hesabınızda yer alan xaricdəki ünvanların bölməsindəki məlumatları daxil edirsiniz və sifarişiniz Türkiyə daxili karqoya verildikdən sonra saytımızda bağlamanızı bəyan edirsiniz. 
Türkiyədən sifarişlərin həyata keçirilməsinin LinEx saytı vasitəsiylə isə çox rahat digər yolu da mövcuddur. LinEx saytında yer
alan. "Mənim üçün al"  xidməti ilə müştərilər almaq istədikləri məhsulları çox rahatlıqla əldə edə bilərlər. Bunun üçün isə sadəcə seçdiyiniz məhsulun linkini saytımızda yer alan bölməyə daxil etməyiniz kifayətdir, beləliklə əməkdaşlarımız sizin yerinizə alış-veriş prosesini həyata keçirirlər. "Mənim üçün al" xidmətinin üstünlükləri isə aşağıdaki kimidir:


1. Əlavə vaxt sərf etmirsiniz, bütün prossesi biz sisin üçün edirik.
2. Əlavə bəyana ehtiyac olmur. Əməkdaşlarımız bu prossesi də özləri həyata keçirirlər.

3. Bəzi Türkiyə səhifələrində yalnız Türkiyə bank kartları ilə alış-veriş etmək olur, "Mənim üçün al" xidməti vasitəsi ilə isə Türkiyənin bütün onlayn səhifələrindən rahat istədiklərini ala bilərlər.
 
Türkiyədən bağlamaların çatdırılması.
Türkiyədən bağlamaların daşınmasını daşıma şirkətləri həyata keçirir ki, bu sahədə də keyfiyyətli xidməti hər şirkət təklif etmir. LinEx olaraq biz,
müştərilərə sərfəli qiymətlərlə, keyfiyyətli xidmət göstəririk. 0.55 USD
başlayan qiymətlərlə məhsulların daşınmasını həyata keçiririk. LinEx maye məhsullar üçün xüsusi tarif tətbiq etmir və adi məhsul tarifi ilə bu məhsulların daşınmasını həyata keçirir. Eyni zamanda Türkiyədən sifarişlərin daşınması zamanı LinEx müştərilərdən əlavə məbləğ tələb etmədən bağlamaların ödənişsiz sığortalanmasını həyata keçirir.

Ödənişsiz sığorta şərtləri:
Türkiyədən bir başa qapınıza çatdırılma:
Sifariş prosesini bitirdikdən sonra bağlamalarınız ilk olaraq xarici anbarımıza, daha sonra isə Bakı ofisimizə daxil olur və bağlamalarınızı buradan gəlib, təhvil ala bilirsiniz. Eyni zamanda evinizi tərk etmədən, sadəcə kuryer xidmətimizdən yararlanaraq, bağlamanızın bir başa istənilən ünvana çatdırılmasını da həyata keçirə bilərsiniz. Azərbaycanın rayon və regionlarına isə bağlamaların poçtla göndərilməsi mümkündür. Müştərilərin rahatlığını düşünərək yaradılmış onlayn kuryer və onlayn poçt sifarişi xidmətlərimiz ilə bağlamalarınızın arzuladığınız ünvana çatdırılması həyata keçirilir.
 
Beləliklə hər bir şəxs ardıcıllıqla bu prosesləri həyata keçirərək Türkiyədən arzuladığı məhsulları əldə edə bilər. Xoş və bol alış-verişlər arzulayırıq!