×

Haqqımızda Tariflər/Kalkulyator Xidmətlərimiz Mağazalar Yeniliklər Əlaqə Daşınması qadağan olan məhsullar Suallar Şərtlər Gizlilik Siyasəti İstifadəçi razılaşması
0
Yeniliklər “Smart Customs” ilə bəyan vacibdir!
Paylaş

“Smart Customs” ilə bəyan vacibdir!

Gulnar 464

Dəyərli müştərilərimiz, artıq ölkəyə gətirdiyiniz hər bağlama üçün "Smart Customs" bəyanı vacibdir. İndi bağlamanız "Xarici anbar" statusu aldığı zaman Sizə həm "Sms" həm "Email" olaraq bildiriş gəlir(qısa zamanda bu bildirişlər 'Mobile App" vasitəsi ilə bildirişlərə əvəzlənəcək). Bu bildirişi aldıqdan dərhal sonra bəyan etməyiniz vacibdir. Əks halda bağlamalarınız heç bir halda göndərilməyəcək və bunun üçün bilidiriş aldıqdan 24 saat sonra bəyann daxil edilməzsə hər bağlamaya gündəlik 1 USD cərimə tətbiq ediləcək. 

Bağlamanın bəyan edilməsi ilə bağlı vacib olan məqamlar!

Bağlamanızı bəyan etməyin 2 üsulu var:

a. e.customs.gov.az (məsləhət görülür).

b. "Smart Customs" mobil tətbiqi.

Hər iki bəyan formasında bütün məlumatlar demək olar ki, olduğu kimi qeyd edilir."e.customs.gov.az" web-dən bəyan zamanı üstünlüyü məhsul məlumatlarının əks olunmağı, (yəni hansı məhsullara bəyan gərəklidir detallı görə bilirsiniz) çəki və çəki qiyməti avtomatik görünür yəni bunun üçün əlavə çətinliyə gərək yoxdur.

Bəyan üçün lazımdır:

1. Bağlama kimin adına sifariş edilibsə həmin şəxsin öz adına mobil nömrə.

2. LinEx saytında şəxsi məlumatların düzgünlüyü(əks halda Sizə göndərilən İzləmə nömrəsini "Smart Customs" hesabınızda görə bilməyəcəksiniz). Belə olan halda bu səhvliyə görə LinEx Express MMC heç bir məsuliyyət daşımır!

Yəni “Linex.az” hesabınızda qeyd etdiyiniz FİN kodla “Smart Customs” tətbiqindəki FİN kod eyni olmalıdır.

3. Bağlamanız “Türkiyə anbarındadır” statusuna keçdikdən sonra sizə təqdim edilən bağlama izləmə kodu ilə bəyannamənizi e.customs.az və ya "Smart Customs" tətbiqində təsdiq etməlisiniz.

4. Tracking nömrə, mağaza adı “Linex.az” hesabınızda Bağlamalar bölümündə qeyd olunduğu kimi yazmalısınız.

5. Bəyannaməni "Smart Customs" mobil tətbiqdən əlavə etdikdə məhsulun ödənişi və çatdırılma ödənişini cəm olaraq, e.customs.az saytından bəyan etdikdə isə malın invoys qiyməti olaraq məhsulunuzun ödənişini qeyd etməlisiniz. Daşınma xərci avtomatik qeyd edilir. Məbləğ USD olaraq qeyd edilməlidir.


Qeyd: Gömrük rusumuna düşməmək üçün bağlama qiymətlərini yanlış qeyd edən müştərilər yarana biləcək hər hansı çətinliyə görə özləri cavab verəcək və buna görə LinEx Express MMC heç bir məsuliyyət daşımır!