×

Haqqımızda Tariflər/Kalkulyator Xidmətlərimiz Mağazalar Yeniliklər Əlaqə Daşınması qadağan olan məhsullar Suallar Şərtlər Gizlilik Siyasəti İstifadəçi razılaşması
0
Yeniliklər LinEx hesabınızda Bəyan mütləqdir!
Paylaş

LinEx hesabınızda Bəyan mütləqdir!

Sina 249

 

Bağlamanızın gecikməməsi üçün vaxtında BƏYAN EDİN!

Dəyərli müştərilər, Öz bank kartınızla Türkiyənin online dükanlarından: Trendyol, LcWaikki, Defacto, Zara, Shopinci və.s-dən Azərbaycana sifariş etdiyiniz zaman hər sifariş nömrəsi üçün (Trendyolda teslimat no sayı) müvafiq LinEx.az saytında bəyannamə doldurmanız vacibdir!

Bunun üçün LinEx "Şəxsi Hesabınıza " daxil olub, saytda qeyd edilən " Bəyan et" bölümündən bəyan yaradıb, lazimlı məlumatlari qeyd edin. Məlumatlar müvafiq olaraq bunlardır:
1. İzləmə kodu bölümündə, sifarişdən dərhal sonra yaranan sifariş nömrəsini (Trendyolda "teslimat no") qeyd edilir.
2. Qiymət tam düzgün qeyd edilməlidir.
3. Məhsul haqqında məlumat bölməsində: məhsulun adını və sayını dəqiq qeyd etməlisiniz.
Qeyd: Bağlamanızın kontrol olunmasını istəyirsinizsə: məhsulun rəngini və ölçüsünü dəqiq qeyd etməlisiniz.
4. İnvoice(invoys, fatura) yükləmək sifarişləriniz düzgün gəlməsi üçün arzu olunandır.
5. Bəyannamə bölümündə qeyd edilən "Qutusuz" və "Kontrol et" isə Sizə daha yaxşı xidmət üçün istəyinizə bağlı seçimdir.


Qeyd:


A. "Qutusuz": Məhsulun qutusuz göndərilməsi üçündür. Bu zaman çəkidə qənaət etmiş olacaqsınız.
B. "Kontrol et": Bağlamanın Sizin üçün "Xarici Anbarda" açılıb kontrol edilərək qeyd etdiyiniz formada gəlib və ya gəlməməsini təyin etmək üçündür. Bu xidmət ödənişlidir və hər KONTROL edilmiş HƏR MƏHSUL üçün(Bağlama yox) 0.5$ təşkil edir. Bu zaman "Xarici Anbara" çatan bağlamanızın müvafiq olaraq: ölçü, rəng və nəzərə çarpacaq qüsuru varsa müəyyən edilir. Hər hansı problem yarandıqda müştəriyə dərhal məlumat verilir ve məhsul mağazaya "Geri İade" edilir.

---
Qeyd edilən bütün proseduru sifarişinizi online saytlardan aldıqdan dərhal sonra etməyiniz tələb edilir. Əks halda "Xarici Anbara" daxil olmuş bağlamanız sistemə əlavə edilməyəcək və buna görə Sizə həmin bağlama həm cərimə yazılacaq, həmdə bağlamanız gecikməyə səbəb olacag.
Bu kimi hallar olmasın deyə gəlin vaxtında bağlamalarımızı BƏYAN EDƏK! 😎

---

Türkiyədən paltar sifarişi | kombin secimi | geyim sifarisi | yay geyimleri endirim | koynek sifarisi | sezon geyimleri almaq | trendyolda paltar secmek | turkiyeden ayaqqabi sifarisi | debli geyim | gunun kombini | turkiyeden aksesuar sifarisi | paltar sifarisi kargo | turkiyeden sifaris

Son xəbərlər

Türkiyədən, 1 kg - 3,99$ !

2022-01-16 23:37:35

Göndəriş günlərimiz dəyişdi!

2022-01-17 02:21:15