×

Haqqımızda Tariflər/Kalkulyator Xidmətlərimiz Mağazalar Yeniliklər Əlaqə Daşınması qadağan olan məhsullar Suallar Şərtlər Gizlilik Siyasəti İstifadəçi razılaşması
0
Yeniliklər Göndəriş günlərimiz dəyişdi!
Paylaş

Göndəriş günlərimiz dəyişdi!

Orkhan 984

Dəyərli müştərilər!

Nəzərinizə çatdırmaq istərdik ki, bayram günləri ilə əlaqədar olaraq (6,7,8,9 Noyabr) göndəriş günlərimiz dəyişildi!

Belə ki, bu gündə etibarən yəni 03.11.2021 tarixidən etibarən hər həftənin 3cü (Çərşənbə) və 6cı (Şənbə) günləri göndərişlərimiz həyata keçiriləcəkdir. Qeyd edilən günlərə qədər bağlamaların "Smart Customs"-a  təsdiq edilməsi vacibdir. 

Belə olan halda bağlamaların "3 Günə Göndərilməsə Pulsuz" şərtləri aşağıdakı kimi olacaqdır:

1. Həftənin 2ci (Çərşənbə Axşamı)5ci (Cümə) günü saat 18:00-a dək "Smart Customs"-da təsdiq edilən bağlamalar müvafiq olaraq həftənin 3cü (Çərşənbə) və 6cı (Şənbə) günləri Türkiyədən yola düşəcək.

2. Qeyd edilən saatdan sonra "Smart Customs"-da təsdiq edilən bağlamalar növbəti göndəriş zamanı göndəriləcəkdir.

3. "Smart Customs"-a bəyan istisnasız olaraq mütləqdir və təsdiq edilməyən bağlamalar heç bir halda göndərilmir.

4. Göndərilən bağlamalar normal şərtlər daxilində 1 İş Günü sonra Bakı anbarında olur.

4. Qeyd edilən şərtlərə LinEx MMC tərəfindən riayət edilməzsə və bağlamalar gecikərsə, gecikən bağlama(lar) üçün ödədiyiniz məbləğin 100%-i TAM olaraq Çatdırılma Balansınıza qaytarılacaq!


Əlavə qeyd və şərtlər:

  •  03.11.2021 tarixindən etibarən “Xarici anbarda” olan və “Smart Customs”-da təsdiq edilən bağlamalar üçün keçərlidir.
  • “3 GÜN” - 3 iş gününün 72 saatı olaraq nəzərdə tutulur ((bazar günü və rəsmi tətillər (Türkiyə) qeyri iş günüdür).
  • ▪️Əgər müştəri bağlamanı bəyan etdikdən sonra ləğv edibsə, son bəyan etmə tarixi nəzərə alınaraq hesablanır.
  •  Çatdırılma haqqının 100%-i yalnız, müştərinin bağlamasını təhvil aldığı zaman balansına qaytarılır.
  • Məbləğ müştərinin  “Çatdırılma balansına” USD ($) olaraq qaytarılır. 
  • Müştərinin bağlaması üçün yekun ödədiyi məbləğin 100%-i geri qaytarılacaq. 
  • Yalnız LinEx saytında düzgün və vaxtında bəyan edilən, müştəri nömrəsini adres (ünvan) sonluğunda qeyd edən məhsullara şamil edilir.
  • "3 gün ərzində göndərilmə" maye tərkibli və elektronik məhsullara şamil edilmir. Bu tip məhsulların göndərilməsi həftədə 1 dəfə həyata keçirilir.
  • Sifarişləri köhnə 9 ay öncə olan ünvanımıza yönlədirən müştərilərə yox yalnız hazırda saytımızda "Xarici ünvanım" bölümündə olan cari adresə (ünvana) yönləndirən müştərilərə şamil edilir.
  • Kampaniya: Fors-major hallar, Hava yolları şirkəti və Gömrük gecikmələri səbəbindən yarana biləcək gecikmələr üçün keçərli deyil. Bu halda müştərilərə öncədən müvafiq məlumat veriləcək.