×

Haqqımızda Tariflər/Kalkulyator Xidmətlərimiz Mağazalar Yeniliklər Əlaqə Daşınması qadağan olan məhsullar Suallar Şərtlər Gizlilik Siyasəti İstifadəçi razılaşması
0

İstifadəçi şərtləri

                                             İstifadəçi şərtləri

1.“Linex Express” MMC şirkəti Türkiyədə yerləşən anbarından linex.az saytında qeydiyyatdan keçən yetkinlik yaşına çatmış fiziki və hüquqi şəxslərin mal və ya bağlamalarının daşımasını həyata keçirir.

2.Müştərinin saytda qeydiyyatdan keçməsi pulsuz və könüllüdür.Qeydiyyat linex.az saytı vasitəsilə həyata keçirilir.Müştəri qeydiyyatdan keçərkən istifadə şərtlərini qəbul etmiş sayılır.

3. Əgər Müştəri Razılaşmanın heç olmazsa bir bəndi ilə razı deyilsə, İcraçının Xidmətlərindən istifadə etmək hüququna malik olmur.

4. İcraçı çatdırılma Xidmətlərinə görə Müştəridən “Malın çatdırılması və xidmətlərin ödənilməsi” adlı 7-ci maddədə göstərilən haqqı alır.

5. İcraçı Müştəri tərəfindən müstəqil olaraq internet-mağazada ödənişi aparılmış malları öz anbarına qəbul etmək öhdəliyini götürür, bu şərtlə ki, İcraçıdan alınan ünvan və malı alana aid məlumatlar dəqiq göstərilmiş olsun.

6. Müştəri anlayır və qəbul edirki, İcraçının və yaxud hər hansı səlahiyyətli dövlət qurumunun (gömrük və s.) istənilən anda yükü açmaq və ona baxışın keçirtməsi hüququ vardır.

7. İcraçı onun müvafiq ölkədə olan anbarına (həmin ölkənin kuryer və ya poçt vasitəsilə) zədələnmiş və yaxud Müştərinin internet üzərindən sifariş etdiyi yükdən fərqli yük daxil olan hallara görə heç bir məsuliyyət daşımır.

8. Daşıma üçün qəbul edilən yüklər sığortalanmır.

Sifarişin rəsmiləşdirilməsi

  1. Müştəri əvv­­­­­­­­­­­­­əlcədən malın keyfiyyətini, parametrlərini və xüsusiyyətlərini müstəqil şəkildə qiymətləndirərək sifarişi tamamlayır.
  2. Müştəri göstərilən malların qiymətini malın satıcısına ödəmək öhdəliyini götürür.
  3. Müştəri internet üzərindən alış zamanı çatdırılma ünvanı (Linex Express  MMC-nin müvafiq ölkədə anbar ünvanı) və personal məlumatları tam və düzgün göstərməlidir. Müştəri tərəfindən internet üzərindən alış zamanı çatdırılma ünvanı və ya personal məlumatlar səhv və yaxud yalnış doldurularsa və nəticə etibarı ilə bu yüklərin çatdırılmasında problem yaradarsa və yaxud çatdırmanı ümumiyyətlə mümkünsüz etdiyi halda Linex Express MMC heç bir məsuliyyət daşımır.
  4. İcraçı anbarına qəbul etdiyi malların keyfiyyət və dəstliyinə görə məsuliyyət daşımır, eləcə də Müştərinin internet-mağaza vasitəsi ilə əldə etdiyi mallara zəmanəti təmin etmir.
  5. İcraçı öhdəlik götürür ki, satıcının poçt xidmətinin çatdırdığı məhsulu öz anbarına qəbul edəcək ( anbarda saxlanılması qadağan olan məhsullar istisna ) , çəkəcək və qablaşdıracaq, sonra isə İcraçının Azərbaycandakı anbarına nəql edəcəkdir. Mal yalnız alanın imzasının mövcud olduğu halda anbar tərəfindən qəbul edilmiş hesab olunur.
  6. . İcraçı malı aldıqdan sonra 3 iş günü ərzində Müştərini malın İcraçının anbarına qəbul edilməsi haqqında müvafiq bildirişin Müştərinin www.linex .az saytında qeydiyyat zamanı göstərdiyi elektron ünvana göndərilməsi yolu ilə bildirişlə məlumatlandırılmasına, eləcə də onu Müştərinin şəxsi səhifəsində əks etdirilməsinə borcludur. Bəyan edilməmiş bağlamanın İcraçının anbarında saxlanma müddəti 30 təqvim günü təşkil edir.
  7. . Müştəri əldə etdiyi malın poçt xidmətinin çatdırılma şərtlərinə və qüvvədə olan Azərbaycan və sifariş etdiyi müvafiq ölkənin qanunlarına, o cümlədən Azərbaycanın Gömrük məcəlləsinə müvafiq olmasına görə məsuliyyət daşıyır ki, buraya malın Müştəriyə göndərilməsi üçün zəruri olan malın qabaritləri və poçt tarasının çəkisi daxildir, lakin bağlamanın qabaritləri, çəkisi və içindəkilərlə məhdudlaşmır.
  8. Malın göndərilməsi avia-daşıma yolu ilə həyata keçirilir. Nəqletmənin orta müddəti anbarın yerləşdiyi ölkəyə uyğun olaraq dəyişir. Adətən bu anbardan göndərilməsi  anından  etibarən 4-5 iş günü təşkil edir.
  9. Çatdırılmanın qiyməti haqqında məlumat malın Azərbaycan ərazisinə gəlib çatması ilə Müştərinin şəxsi səhifəsində əks olunur.
  10. İcraçı bağlamanı Azərbaycandakı anbarına çatdırdıqdan sonra müştərini e-mail və ya sms-lə xəbərdar edir. Müştərinin malının anbarda ödənişsiz saxlanması müddəti  10 təqvim günü təşkil edir. 10 gün keçdikdən sonra hər bağlama üçün hər günə  0.4$  hesablanır.
  11. Bağlamanın üçüncü şəxsə verilməsinə yalnız o hallarda yol verilir ki, o,aşağıda sadalanan sənədlərdən birini təqdim edə bilsin 1)Üçüncü şəxsin şəxsiyyət vəsiqəsi 2)Üçüncü şəxsin etibarnaməsi 3)Sürücülük vəsiqəsi
  12. Müştəri “Kontrol et” xidmətini seçməklə Türkiyə anbarına çatmış məhsula baxışını həyata keçirə bilər. “Kontrol et” xidmətinin xidmət haqqı hər məhsul üçün (bağlama üçün yox)  0.5$ təşkil edir.Kontrol edilmiş məhsulun geri iadə olunması üçün müştəri Linex Express-ə iadə kodunu təqdim etm­­­­­­­əlidir.Malın iadəsi üçün xidmət haqqi 30 TL təşkil edir.

 

 

 

Müştərinin vəzifələri

1. Müştəri müstəqil şəkildə hazırkı Razılaşmanın mətni ilə tanış olmaq, Razılaşma və onun əlavələrdə dəyişikliklərin mövcud olmasını yoxlamaq öhdəliyini götürür.

2. Müştəri İcraçı tərəfindən ona göstərilən xidmətlərlə əlaqədar olan hesabları vaxtında ödəmək və xərcləri qarşılamaq öhdəliyini götürür. İcraçı Xidmətlərin göstərilməsi üçün ona təqdim edilən vəsaitlərin kifayətli olmaması halında Müştəriyə xidmət göstərmir.

3. Müştəri əvvəlcədən şəxsi səhifəsində bəyan etməklə məhsulun İcraçının müxtəlif ölkələrdə yerləşən anbarlarına daxil olmasını müstəqil şəkildə www.linex .az şəxsi hesabında izləmək öhdəliyini götürür.

4. Müştəri Özü sifariş etdiyi məhsullara sifarişi icra etdikdən dərhal sonra vaxtında BƏYAN daxil etməzsə bu məhsullar biz tərəfdən kontrol edilir və müştəriyə müvafiq olaraq hər bağlama üçün Kontrol et xidmətinin ödənişi cərimə olaraq hesablanır! 20.08.2021 tarixindən etibarən, Özünüz bir başa xarici saytlardan sifariş edərkən LinEx hesabında Düzgün BƏYAN mütləqdir! LinEx hesabında DAXİL EDİLMƏYƏN hər bağlama “Kontrol edilmiş” hesab ediləcək və hər bağlama üçün  0,5 USD cərimə hesablanacaq! Vaxtında bəyan edin cərimə olunmayın!

5. Müştəri öz adı, soyadı, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, FİN kodunu, yaşayış ünvanı, telefon, elektron poçt ünvanını və digər tələb edilən məlumatları www.linex .az saytında qeydiyyat zamanı dəqiq göstərmək öhdəliyini götürür.

6. Müstəri sifariş verdiyi məhsul haqqında www.linex.az saytında Bəyannaməni mütləq şəkildə yazmalıdır.Məhsul Türkiyə anbarına çatdıqdan sonra müştəri Smart Custom mobil tətbiqində və yaxud saytında mütləq şəkildə BƏYANNAMƏ əlavə etməlidir.Bəyannaməsi olmayan məhsul heç bir şəkildə göndərilməyəcək.Müştəriyə bağlamanın Türkiyə anbarına çatdığı haqqında bildiriş gəldikdən sonra 48 saat ərzində Smart Custom bəyannaməsi yazmadığı halda 0,5 USD cərimə hesablanır.

 

 

Gömrük rəsmiləşdirilməsi

 

Müştəri tərəfindən Azərbaycan ərazisinə gətirilməsi qadağan edilən malın gətirilməsi halında belə mal Azərbaycan Dövlət Gömrük orqanları tərəfindən müsadirə edilə, müştərinin üzərinə isə inzibati-cinayət məsuliyyəti qoyula bilər.

Müştəri tərəfindən sifariş etdiyi məhsulun www.linex .az web saytında bəyan edilməsi (göndərənin adının, malın adının və onun invoice sənədinin təqdim edilməsi) mütləqdir. Müştəri gömrük rəsmiləşdirilməsi zamanı yük barədə tam və dolğun məlumatın verilməsinə və gömrük bəyannaməsinin düzgün doldurulmasına görə məsuliyyət daşıyır.

Azərbaycan ərazisinə çatdırılmış malın gömrük rəsmiləşdirilməsi prosedurasına görə məsuliyyəti müştəri daşıyır.

Malın gömrük rəsmiləşdirilməsinə qədər Xidmət haqqının ödənilməsi mütləq şərtdir.

 

 

Daşıma haqqı və öhdəliklər

  1. Müştərinin yüklərinin Azərbaycan Respublikasının ərazisinə çatdırılmasına görə İcraçının daşıma haqqı www.linex.az  saytında yerləşdirilib.
  2. Yükün çatdırılma haqqı Müştərinin şəxsi kabineti vasitəsilə onlayn və ya ofisdə, nəğd şəkildə ödənilə bilər.
  3. Çatdırılma haqqı hər bağlama üçün ayrılıqda hesablanır.Qiymət hər bağlamanın çəkisinə görə müvafiq hesablanır və şəxsi kabinetdə Bağlamalarım bölməsində qeyd olunur.
  4. İATA-nın (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) dərc etdiyi TACT Rules (Yük Hava Daşıma Təlimatı) qaydalarına əsasən hansı çox olduğundan asılı olaraq daşıma haqqının hesablanması üçün əsas kimi yükün həcm ölçüləri və yaxud faktiki çəkisi götürülür.
  5. Müştəri tərəfindən xidmətin ödənişi Azərbaycan Respublikasında şirkətin bank hesabının olduğu bankın (Kapital Bank ASC) ödəniş gününə olan məzənnəsi ilə İcraçı tərəfindən xidmətin göstərildiyi valyutaya əsasən (Avropa ölkələrindən daşınma-AVRO, digər ölkələr-ABŞ dolları) Azərbaycan Respublikası manatı (AZN) ilə aparılır.
  6. Müştərinin daşıma üçün İcraçıya təqdim etdiyi yük İcraçının məsuliyyəti çərcivəsində olduğu zaman sonuncunun qəsdən yol verdiyi hərəkətlər nəticəsində zədələnərsə və yaxud korlanarsa, Müştəri zədə və yaxud korlanma faktına əsasən yükün tam invoys dəyərini və yaxud faktiki dəymiş ziyanı ödəyə bilər. Bağlama İcraçının müvafiq ölkədə yerləşən anbarlardan hansısa birinə qəbul edilib, lakin, nəzərdə tutulmuş reyslə gəlmədiyi təqdirdə (bağlama itib yaxud onun barədə heç bir məlumat yoxdur), həmin bağlamanın İcraçı tərəfindən axtarışına 30 (otuz) iş günü vaxt ayrılır. Bu müddət müştərinin rəsmi sorğusu (e-mail vasitəsiylə) daxil olduğu gündən hesablanır.Bağlamanın bu müddət ərzindətapılmadığı təqdirdə Müştəriyə kompensasiya ödənilir. Kompensasiya o şərtlə ödənilir ki, Müştəri yükün ona məxsus olduğunu və onun müvafiq qiymətə internet üzərindən aldığını sübut edən bütün məlumatları təqdim etsin. Bura aiddir: • İnternet mağazanın təqdim etdiyi order, invoys (burada yükün/əşyanın şəkli, miqdarı, qiyməti, bağlamanın track nömrəsi və s. məlumatlar öz əksini tapır) Bank hesabından çıxarış ( ödənişin təsdiqini sübut edən bildiriş ) İcraçı bağlamanınonun müvafiq ölkədə yerləşən anbarına qəbul edilmədiyini, Müştəri isə kuryer şirkətlərinin saytına əsasən bu track nömrəli bağlamanın məhz bu ünvana çatdırıldığını israr edirsə, bu halda Müştəri kuryer şirkətinin sözügedən bağlamanın İcraçıya təhvil verdiyini sübut edən sənəd təqdim etməlidir. Yalnız təqdim olunan bu sənəd əsasında yükün həqiqətən İcraçıya təhvil verildiyi sübut olunduqdan sonra (qəbul edən şəxsin imzası əsasında), Müştəriyə kompensasiya verilir. Bunun üçün Müştəri qeyd olunan sənədləri təqdim etməlidir: • Mağazanın təqdim etdiyi order, invoys (burada əşyanın şəkli, miqdarı, qiyməti, bağlamanın track nömrəsi və s. məlumatlar öz əksini tapır) • Bank hesabından çıxarış (ödənişin təsdiqini sübut edən bildiriş) • Bağlamanın İcraçının anbarına qəbul edildiyini sübut edən imzalı sənəd.
  7. Hazırkı şərtlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi əsasında tənzimlənir. Tərəflər arasında yaranan hər hansı anlaşılmazlıq və ya mübahisə qarşılıqlı anlaşma və razılıq əsasında həll olunur.

 Tərəflər qarşılıqlı anlaşma və ya razılaşma əldə edə bilmədikləri halda Azərbaycan Respublikasının müvafiq məhkəməsinə müraciət edə bilərlər.